26 yanvar 2013 01:40
Viktor Mendi: Qəbələnin əsl səviyyəsini məhz bu oyun göstərəcək
“Qəbələ”nin hücumçusu Viktor Mendi Türkiyə toplanışı çərçivəsində Ukraynanın “Volın” klubuna qarşı keçirdikləri yoxlama oyunundan (2:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Hazırlıqlar necə gedir?
- Yaxşı. Mingəçevirdə keçirilən ilk hazırlıq prosesi zamanı çox yorulmuşduq. İndi isə işimiz bir qədər yüngülləşib. Komanda hələ tam komplektləşməyib. Amma əminəm ki, çempionat oyunlarına qədər hər şey qaydasına düşəcək.

- “Volın” üzərində qələbə barədə nə deyə bilərsiz?
- Bizə qarşı güclü rəqib oynayırdı. Şadam ki, onları məğlub edə bildik. Belə qələbələr bizə ancaq kömək edə bilər.
- Bizə qarşı güclü rəqib oynayırdı. Şadam ki, onları məğlub edə bildik. Belə qələbələr bizə ancaq kömək edə bilər.
- Vurduğunuz qol sizin üçün nə dərəcədə önəmli idi?
- Bu qol təbii ki, mənim üçün vacib idi. Özünə inam artır. Əgər yaxşı oynamaq istəyirəmsə, qol da vurmalıyam.
- Bu qol təbii ki, mənim üçün vacib idi. Özünə inam artır. Əgər yaxşı oynamaq istəyirəmsə, qol da vurmalıyam.
- Amma bundan sonra işiniz daha da çətinləşəcək. Klubunuz baxışda olan Mustafa Dabonu da heyətə qatmaq istəyir...
- Belə bir hücumçunun gəlişi komandaya ancaq fayda verə bilər. Mustafa yaxşı futbolçudu. Kamanan da yaxşı forma yığıb. Gördüyünüz kimi, qol da vurmağa başlayıb. Bütün bunlar komandaya ancaq fayda verə bilər.
- Yeni hücumçunun alınması Mendi ilə Kamananın qışa qədərki vəzifələrinin öhdəsindən gələ bilməməsindən xəbər vermir ki?
- Xeyr. Yəqin ki, Ramiz Məmmədov komandaya yeni qan gətirmək istəyir. Bu, rəqabəti artıracaq. Təbii ki, bundan da qazanan yalnız “Qəbələ” olacaq.
- Xeyr. Yəqin ki, Ramiz Məmmədov komandaya yeni qan gətirmək istəyir. Bu, rəqabəti artıracaq. Təbii ki, bundan da qazanan yalnız “Qəbələ” olacaq.
- Fasilədən sonrakı ilk oyununuz “Qarabağ”a qarşı olacaq...
- “Qarabağ” “Neftçi” və “İnter”lə yanaşı Azərbaycanın ən yaxşı klublarından biridi. Təbii ki, onlarla oyunumuz çox vacib əhəmiyyət daşıyır. Məhz bu oyun bizim əsl səviyyəmizi göstərəcək. Həm də yüksək yerlər uğrunda mübarizə aparmaq şanslarımıza aydınlıq gələ bilər.
- Ağdamlıların çıxışını izləyirsiz?
- Xüsusi izlədiyimi deməzdim. Biz daha çox öz hazırlığımıza diqqət yetirməliyik.
- Xüsusi izlədiyimi deməzdim. Biz daha çox öz hazırlığımıza diqqət yetirməliyik.