26 yanvar 2013 01:08
“Azarkeşlərimiz bu mövsüm də bizim simamızda çempiona layiq oyun və nəticə görəcək”
“Neftçi”nin futbolçusu Julius Vobay hazırlıq barədə fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, klub saytına açıqlamasında bunları söyləyib:
“Düşərgəmizdə əla abu-hava var. Fiziki yükləmələrdən sonra iki gün yaxşı dincəlmək imkanımız oldu. İkinci mərhələdə əsasən taktiki çalışmalarımız olacaq və bundan sonra komanda şəklində daha güclü oyun nümayiş etdirəcəyik. Bilirik ki çempionatda çıxışımız buradakı hazırlığımızdan asılıdı. Biz çempion komandayıq və azarkeşlərimiz bu mövsüm də bizim simamızda çempiona layiq oyun və nəticə görəcək”.
