25 yanvar 2013 20:48
Qəbələ Volınla dueldən qalib ayrıldı (YENİLƏNİB)
Antalyada hazırlıqlarını davam etdirən "Qəbələ" bu gün qardaş ölkədə ikinic yoxlama matçına çıxıb. Azerisport.az xəbər verir ki, “qırmızı-qaralar” bu dəfə Ukrayna təmsilçisi "Volın"la qarşılaşıb.
Görüş Ramiz Məmmədovun komandası üçün yaxşı başlayıb. Erkən qolla hesabı açan bölgə təmsilçisi növbəti hissədə vurduğu daha bir qol sayəsində qələbəsini rəsmiləşdirib.
Qeyd edək ki, Qəbələ ilk matçını Almaniyanın "Ingolstadt" klubuna qarşı keçirmiş və 3:4 hesabıyla məğlub olmuşdu.
Yoxlama oyunu
25 yanvar
QƏBƏLƏ – VOLIN - 2:1 (1:0)
Qol: Kamanan, 13 (1:0), Mendi, 62 (2:1)
"Qəbələ"nin start heyəti: Nəzirov, Kelhar, Kalabane, Daniel Kruz, Pulhak, Sultanov, Kamanan, Emeqara, Jinko, Valentiç, Vasiliu.
Oyun başladı
13. Kamanan dəqiq zərbə ilə hesabı açır - 1:0
Birinci hissə başa çatdı
İkinci hissə başladı
62. Mendi yenidən komandasını hesabda önə keçirir - 2:1
Matç başa çatdı
