26 yanvar 2013 01:15
“Yanvarın 29-na qədər Cavid İmamverdiyevlə bağlı qərarımızı verəcəyik”
Ukraynanın “Dinamo” (Kiyev) klubunun əvəzedici komandasının baş məşqçisi Andrey Qusin hazırda baxışda olan azərbaycanlı yarımmüdafiəçi Cavid İmamverdiyev haqda fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
- Onun çıxışını siz özünüz də gördünüz. Cavidin çıxışını da lentə almısız. Mən indi həmin videoyazıya baxmaq istərdim. Bax ondan sonra sizə daha dəqiq cavab verə bilərdim. Hazırda əsas komandanın yolunu gözləyirik. Əsas komanda qayıtdıqdan sonra, onlarla məsləhətləşəcəyik və yalnız bundan sonra İmamverdiyevlə bağlı qərar verəcəyik.
- O, ayın 29-da yığmanın toplanışına yollanmalıdı. Cavidin transferi barədə qərarın həmin günə qədər verilməsi mümkündü?
- Düşünürəm ki, hə. Biz həmin günə qədər qərarımızı verməyə çalışırıq.
