26 yanvar 2013 01:21
“Məqsədimiz çempionluqdu və bunun üçün dayanmadan çalışmalıyıq”
Antalya hazırlığını davam etdirən "Neftçi"nin futbolçusu Araz Abdullayev toplanışla bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, klubun rəsmi saytına bunları danışıb:
“Fikrimcə, hazırlığın ilk mərhələsi uğurlu alındı. Məşqlərdə səylə çalışdıq və yoxlama oyunlarında bunun faydasını gördük. Qələbə qazanmaqla yanaşı, hər üç görüşdə rəqiblərimizdən daha baxımlı oyun göstərdik. Sabahdan (bu günü nəzərdə tutur – azerisport.az) hazırlığın ikinci mərhələsinə başlayırıq. Məqsədimiz çempionluqdu və bunun üçün dayanmadan çalışmalıyıq”.
