26 yanvar 2013 01:53
Gəncəli futbol veteranından Mahmud Qurbanova dəstək
"Hamımız Mahmud Qurbanova dəstək olmalıyıq. Qurbanov işin başlanğıcındadı. Biz veteranlar ona inanırıq. O, gələcəkdə "Kəpəz"ə böyük uğurlar qazandıra biləcək simadır". Azerisport.az xəbər verir ki, bu fikirlər Fərhad Hüseynova məxsusdu.
Qeyd edək ki, Hüseynov Gəncə futbolunun ən tanınmış ağsaqqal veteranlarındandı. O, şəhərdə ilk Peşəkar Futbol Klubu olaraq 1959-cu ildə yaradılan "Toxucu"da forma geyinən 16 futbolçudan biri olub.
Hüseynov fan-klub rəhbərlərinin, habelə sıravi azarkeşlərin də məşqçiyə dəstək verməli olduğunu söyləməklə, Qurbanovun gənc olmasına baxmayaraq, əslində futbolu dərindən bildiyini vurğulayıb:
"Mahmud gənc məşqçidi. Amma ondan da cavanları məşqçi kimi klublarda çalışır. O, məşqçiliyə yeni başlasa da, futbol sahəsində yetərincə biliyə və bacarığa malikdi. Futbolçu karyerası boyunca bir çox təcrübəli məşqçilərlə çalışıb. Onların hərəsindən bir şey öyrənib. Bunun özü böyük məktəb və təcrübədi. Onun işinə şübhə olmamalıdır".
Fərhad Hüseynov klubun tezliklə uğursuzluğa son qoyub, qələbələrlə gəncəliləri sevindirəcəyinə inandığını da deyib.
