25 yanvar 2013 13:47
Qəbələ Dabo ilə müqavilə bağlamağa hazırlaşır
“Qəbələ”də baxışda olan Mustafa Dabo böyük ehtimalla komandada qalacaq. Azerisport.az xəbər verir ki, xeyli müddətdi bölgə təmsilçisinin düşərgəsində baxışda olan seneqallı futbolçu həm məşqlərdə, həm də sınaq matçında özünü yaxşı tərəfdən göstərməyi bacarıb.
Yaxın günlərdə onunla müqavilə imzalanması gözlənilir. Amma tərəflərin neçə illik anlaşmaya razılaşacağı hələlik bilinmir.
Qeyd edək ki, hücumçu olan Dabo 1986-cı ildə anadan olub. O, karyerası ərzində “UGS Geneve” (8 oyun, 6 qol), “Sion” (15, 1), “Servette” (15, 7), “Sion B” (10, 3), “St. Gallen” (22, 9), “Al-Sailiya” (10, 1), “Al-Ittihad Kalba” (2 oyun), “Yverdon-Sport” (16, 2), “Aarau” (14, 4) klublarında çıxış edib. Dabonun son klubu isə Yurmala “Spartak”ı (4 oyun) olub.
