25 yanvar 2013 14:22

Edin Nuredinoski: Bakının qapısında problem olmamalıdı

“Bakı”nın qapıçısı Edin Nuredinoski azerisport.az saytına müsahibəsində Macarıstanın “Ujpest” klubuna qarşı keçirdiyi yoxlama oyunundan (0:2), eləcə də komandadakı rəqabətdən danışıb.
 
- “Ujpest”lə oyun barədə nə deyə bilərsiz?
- 70-ci dəqiqəyə kimi yaxşı oynadıq. Ondan sonra iki qol buraxdıq. Bu da meydana daha çox gənc futbolçuların buraxılması ilə əlaqədar idi. Belə oyunlarda nəticə önəmli olmur. Amma fikrimcə, uğur tərəfimizdə olsaydı, bir neçə qol vura bilərdik. Biz hələ çalışmalarımıza davam edirik. Bu oyun da komandaya ancaq fayda verdi.
 
- Komandanızın qol vura bilməməsi çoxdanın problemidi. Bu, sizi qorxutmur?
- Belə problemləri həll etmək asan deyil. Bizdə yeni futbolçular peyda olublar. Ümid edirəm ki, onların bizə faydası dəyəcək. Biz mövsümün geridə qalan dövründə heç də pis oyun sərgiləmirdik. Nə qədər heç-heçə bitən oyunlarımız var. O oyunların heç olmasa yarısında bir qol vura bilsəydik, indi hər şey fərqli olardı.
 
- Bu problemi həll etmək yolunda ilk addım Rauf Əliyevin transferi oldu...
- Rauf yaxşı hücumçudu. Ümid edirəm ki, mövsümün ikinci hissəsinin startından sonra o, daha çox qol vuracaq.

- Bəs Kamran Ağayev haqda nə düşünürsüz?
- Mən onu müqavilə bağlaması münasibətilə təbrik edirəm. Fikrimcə, Kamranın gəlişi ilə qapıçılar arasında rəqabət daha da güclənəcək. Rəqabət hələ heç bir futbolçuya ziyan verməyib. Kim layiq olacaqsa, o da oynayacaq.
 
- Legioner limitini nəzərə alsaq, düşünmürsüz ki, baş məşqçi daha çox Ağayevə şans verə bilər?
- Bu sual mənə verilməməlidi. Mən öz üzərimdə işləyəcəm, hazır olmağa çalışacağam. Bu haqda heç düşünmək də istəmirəm. Komandaya gələndə də oxşar vəziyyət idi. O vaxt da Aqil Məmmədov bir nömrə idi.
 
- Amma Kamran Aqildən daha təcrübəlidi...
- Kamran “Bakı”da rəqabət apracağım yeganə qapıçı olmayacaq. Bizdə Aqil də var. Bir sözlə, komandamız hazırda üç yaxşı qapıçıya sahibdi.
 
- İndi qalır sadəcə qol vurmaq?
- (gülür) Mövsümün ikinci hissəsində “Bakı”nın qapısında problem olmamalıdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.