26 yanvar 2013 02:16
Georgi Çixradze: Oyunumuzda irəliləyiş var
“Simurq”un baş məşqçisi Georgi Çixradze Rusiyanın “Tom” klubuna qarşı keçirdikləri yoxlama oyununu (1:1) şərh edib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Faydalı oyun alındı. Güclü və keyfiyyətli komanda ilə qarşılaşırdıq. Sərgilədiyimiz oyun gündən-günə yaxşılaşır. Xətlər arasındakı əlaqə baxımından da irəliləyişlər var. Yeni futbolçulara gəlincə, hələ onları yoxlamağa davam edirik”.