25 yanvar 2013 14:09
Rəvan Miloş Adamoviçlə müqavilə imzaladı (FOTO)
Premyer Liqanın yerdə qalan bölümünə hazırlaşan "Rəvan” heyəti gücləndirməkdə davam edir. Azerisport.az xəbər verir ki, komanda 3 yerli futbolçu – Emin Mustafayev, Ramil Həşimzadə və Nodar Məmmədov ilə anlaşdıqdan sonra qış "transfer pəncərəsi”ndə ilk legioner transferini rəsmiləşdirib.
Belə ki, "Qaradağ Lökbatan”la oyunda özünü ən yaxşı tərəfdən göstərən Miloş Adamoviçlə transferin bütün detalları razılaşdırılıb. Dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edən OFK-nın yetirməsi ilə 1,5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, son klubu Qazaxıstan "Sunkar”ı olan Adamoviç karyerasında həmçinin Serbiyada "Palilulats”, Vranye "Dinamo”su, Moldovada "Şerif”, Polşada "Poloniya” və Qazaxıstanda "Taraz”ın da şərəfini qoruyub. 2 il öncə Miloşun "Şerif”in heyətində Avropa Liqasının final turnirində mübarizə apardığını da bildirək.
