25 yanvar 2013 14:16
Rəvanın yeni transferi iddialı danışdı
"Rəvan”la 1,5 illik müqaviləyə imza atan Miloş Adamoviç komandanın üzvü kimi ilk fikirlərini klubun rəsmi saytına bildirib. Azerisport.az xəbər verir ki, serb yarımmüdafiəçi iddialı danışıb:
"Özümü xoşbəxt sayıram. Karyeramda yeni səhifə açılır. Mənə etimad göstərdiyinə görə rəhbərliyə və şəxsən baş maşqçi Ramil Əliyevə minnətdaram. Artıq cari mövsüm komandaya tam uyğunlaşmaq istəyirəm. Yeni mövsümdə isə daha güclü olacağıq. Növbəti mövsümdə ilk "altılıq”, ardınca isə avrokuboklar uğrunda mübarizə aparmaq olar”.
