26 yanvar 2013 02:36
Sumqayıtla Trabzonspor arasında daha bir əməkdaşlıq
“Sumqayıt”ın mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov bir neçə gündü Türkiyənin Trabzon şəhərində səfərdədi. Azerisport.az xəbər verir ki, səfərin məqsədi klub əməkdaşının “Trabzonspor” klubunda media işi ilə bağlı təcrübə toplamaqdı.
“Trabzonspor”un bazası olan Mehmet Ali Yılmaz təssislərində yerləşən klubun media ofisində olan “Sumqayıt”ın nümayəndəsi “bordo-mavililər”in rəsmi jurnalının baş kordinatoru Serdal Şahin, komandanın media nümayəndələri Alaatin Kazancı və Nuri Bekarla görüşərək onların iş sistemi ilə tanış olub. O, "Avni Aker" stadionunda Türkiyə kuboku çərçivəsində keçirilmiş "Trabzonspor" - "Mersin İdman Yurdu" oyununu da canlı izləyib.
Qeyd edək ki, Rəşad Məmmədov bir müddət əvvəl təcrübə keçmək üçün “Fənərbağça” və “Beşiktaş”ın da media nümayəndələri ilə görüşmüşdü.
