26 yanvar 2013 01:55
Afrika Millətlər Kuboku: Nigeriya qələbəni əldən verdi
Futbol üzrə Afrika Millətlər Kuboku davam edir. Azerisport.az xəbər verir ki, qitə birinciliyinin yeddinci oyun günündə C qrupu çərçivəsində növbəti iki oyun baş tutub.
Zambiya Nigeriya millisi ilə üz-üzə gəlib. Tərəflərin 90 dəqiqəlik mübarizəsində qalib müəyyənləşməyib.
Günün digər oyununda isə Burkina Faso Efiopiya ilə münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə isə birincilər dörd cavabsız qola seviniblər.
Qeyd edək ki, səkkizinci oyun günündə D qrupu çərçivəsində Fil Dişi Sahili Tunis, Əlcəzair isə Toqo ilə üz-üzə gələcək.
Afrika Millətlər Kuboku
C qrupu
25 yanvar
Zambiya – Nigeriya – 1:1
Qollar: Mvene, 85-pen – Emenike, 57.
Matçın 26-cı dəqiqəsində Nigeriyanın heyətində C.O.Mikel penaltidən yararlana bilməyib
Burkina Faso – Efiopiya – 4:0
Burkina Faso – Efiopiya – 4:0
Qollar: Traore, 34; 74, Kone, 79, Pitroipa, 90.
| 1 | Burkina Faso | 2 | 1 | 1 | 0 | 5 | 1 | +4 | 4 |
| 2 | Nigeriya | 2 | 0 | 2 | 0 | 2 | 2 | 0 | 2 |
| 2 | Zambiya | 2 | 0 | 2 | 0 | 2 | 2 | 0 | 2 |
| 4 | Efiopiya | 2 | 0 | 1 | 1 | 1 | 5 | –4 | 1 |
