26 yanvar 2013 20:45
Qarabağ Ekranasa məğlub oldu (YENİLƏNİB)
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qarabağ” qardaş ölkədəki hazırlıq prosesi çərçivəsində bu gün üçüncü yoxlama görüşünə çıxıb. Azerisport.az xəbər verir ki, ağdamlılar bu dəfə Litva təmsilçisi “Ekranas”la qarşılaşıblar.
“Qarabağ” – “Ekranas” görüşü ağdamlıların məskunlaşdığı “İC Santai”nin futbol meydançasında baş tutub. Görüş Ağdam təmsilçisinin məğlubiyyəti ilə başa çatıb.
Xatırladaq ki, “Qarabağ” Antalyadakı ilk matçında Rusiyanın “Ural” klubunu 3:2 hesabı ilə məğlub etmişdi. Ukraynanın “Hoverla” klubu ilə görüşdə isə 1:2 hesablı məğlubiyyət qeydə alınmışdı.
Yoxlama oyunu
26 yanvar
QARABAĞ - EKRANAS - 1:3 (0:2)
Qol: Teli, 67
"Qarabağ"ın start heyəti: Miro Varvodiç, Maksim Medvedev, Admir Teli, Rəşad Sadıqov, Ansi Aqolli, Qara Qarayev, Namiq Yusifov, Riçard Almeyda, Vüqar Nadirov, Muarem Muarem, Vaqif Cavadov.
Oyun başladı
"Qarabağ" oyuna fəal başlayıb
15. Litvalılar hesabı açırlar - 0:1
Ağdamlılar topa nəzarət etsələr də, rəqib qapısına yol tapa bilmirlər
30. "Ekranas" üstünlüyünü möhkəmləndirir - 0:2
Qeyd edək ki, hazırda Antalyada güclü yağış yağır
Birinci hissə başa çatdı
İkinci hissə başladı
67. Teli hesab arasındakı fərqi azaldır - 1:2
Subaşiç "Qarabağ"da ilk oyununa çıxır
83. Litva təmsilçisi üçüncü qolu vurur - 1:3
Matç başa çatdı
