28 yanvar 2013 00:57
İngiltərə Federasiya Kuboku: Liverpool və Tottenham şokda (YENİLƏNİB)
Futbol üzrə İngiltərə Federasiya Kubokunda dördüncü mərhələnin oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, bir oyundan ibarət bu mərhələnin ilk matç günündə bir görüş baş tutub.
“Millwall” doğma meydanda “Aston Villa” ilə üz-üzə gəlib. Meydan sahibləri çətin qələbə sayəsində növbəti mərhələyə adlayan ilk komanda olublar.
İkinci oyun günündə "Manchester City", "Everton", "Arsenal", "Blackburn", "Barnsley", "Wigan", "Middlesbrough", "Luton", "Milton Keynes Dons", "Reading" və "Manchester United" klubları da növbəti mərhələyə vəsiqəni rəsmiləşdiriblər. "Huddersfield" - "Leicester" matçında isə qalib müəyyənləşməyib. Bu üzdən də sözügedən klublar bir həftə sonra təkrar oyunla qalibin adına aydınlıq gətirəcəklər.
Son oyun günündə daha üç görüş baş tutub. "Tottenham" və "Liverpool" gözlənilmədən aşağı liqa klublarına uduzaraq, mübarizəni dayandırıblar. "Chelsea" isə heç-heçəyə razılaşdığından hər şeyə cavab matçında aydınlıq gətirəcək.
İngiltərə Federasiya Kuboku
Dördüncü mərhələ
25 yanvar
Millwall - Aston Villa – 2:1
26 yanvar
Stoke City - Manchester City - 0:1
Bolton - Everton - 1:2
Brighton & Hove - Arsenal - 2:3
Derby County - Blackburn - 0:3
Huddersfield - Leicester - 1:1
Hull City - Barnsley - 0:1
Macclesfield - Wigan - 0:1
Middlesbrough - Aldershot - 2:1
Norwich - Luton - 0:1
Queens Park - Milton Keynes Dons - 2:4
Reading - Sheffield U- 4:0
Manchester United - Fulham - 4:1
27 yanvar
Brentford - Chelsea - 2:2
Leeds - Tottenham - 2:1
Oldham - Liverpool - 3:2
