25 yanvar 2013 15:27
Cihan Qarabağın düşərgəsində
“Qarabağ” Antalyada təlim-məşq toplanışına davam edir. Azerisport.az xəbər verir ki, Ağdam klubunun hazırlığının bu günündə planda 1 məşq vardı.
“Qarabağ” məşqə 11:00-da yollanıb. 90 dəqiqə davam edən məşqdə futbolçular daha çox toplu çalışmalar yerinə yetiriblər.
Bu gün məşq zamanı düşərgədə qonaq da vardı. Türkiyənin “Cihan Haber Ajansı” komandanın düşərgəsindən reportaj hazırlayıb. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov agentliyə müsahibə verib, komandanın hazırlığından, hədəflərindən danışıb.
