25 yanvar 2013 15:39
Bakıdan ayrıldı, Rəvana keçir
“Bakı”nın yollarını ayırdığı Ramazan Abbasov özünə yeni iş yeri tapıb. Azerisport.az xəbər verir ki, yarımmüdafiəçi bundan sonra “Rəvan”da çıxış edəcək.
Tərəflər artıq bununla bağlı ilkin razılığa gəliblər. Yaxın günlərdə mövsümün sonunadək nəzərdə tutulan müqaviləyə imza atılacaq.
Qeyd edək ki, Ramazan Abbasov “Bakı” ilə birgə Türkiyə toplanışına yollanmışdı. Amma hazırlıqların gedişində baş məşqçi Bojidar Bandoviç onun komandada qalmasına ehtiyac duymadığını bəyan etmişdi. Abbasovun “Bakı”ya məhz “Rəvan”dan gəldiyini də qeyd edək.
