26 yanvar 2013 16:57
Qəbələ Moskva Dinamosu ilə sülh bağladı
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qəbələ”nin əvəzedici heyəti qardaş ölkədəki hazırlıq prosesi çərçivəsində növbəti sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, Luis Araqonun yetirmələri Moskva “Dinamo”sunun ikinci komandası ilə üz-üzə gəliblər.
Tərəflərin bütün cəhdlərinə baxmayaraq, 90 dəqiqə ərzində qapılara qol vurulmayıb. Beləcə, görüş qolsuz heç-heçə ilə bitib.
Qeyd edək ki, “Qəbələ”nin əvəzedici komandası Antalyadakı ilk matçını da Rusiya klubuna qarşı keçirmişdi. Amma həmin görüşdə “Zenit” təmsilçimizə 3 cavabsız qolla qalib gəlmişdi.
