26 yanvar 2013 17:16
Gündə bir məşq
Gəncənin birinci diviziondakı təmsilçisi "Tərəqqi" təlim-məşq toplanışını davam etdirir. Azerisport.az xəbər verir ki, yanvarın 18-dən məşqlərə başlayan komanda gündə bir dəfə hazırlıq keçir.
Məşq prosesi Gəncə şəhər stadionunda aparılır. Futbolçular ilkin mərhələdə fiziki yöndə hazırlaşırlar.
