26 yanvar 2013 17:46

Cavid İmamverdiyev: Kiyev Dinamosunda qalmaq istəyirəm

Ukraynanın “Dinamo” (Kiyev) klubunda baxışda olan futbol üzrə üzrə Azərbaycan yığmasının və “Neftçi”nin yarımmüdafiəçisi Cavid İmamverdiyev yerli mətbuatın diqqət mərkəzindədi. Azerisport.az Cavidin Ukrayna mətbuatına növbəti müsahibəsi ilə sizi də tanış edir.
 
- Karyeranızda yeni səhifə yazılmaqdadı. Dostlarınız, komanda yoldaşlarınız sizi dəstəkləyirmi?
- Hamısı sağ olsun! Hər kəs məni dəstəkləyir, zəng edirlər, internetdə yazışırıq. Hətta klub prezidenti də işlərimin necə getməsi ilə maraqlanır. Nə deyə bilərəm? Mən oyunçuyam. Əgər alınmasa, qayıdım əvvəlki klubumda oynayacağam, avrokuboklarda mübarizə aparmaq şansı əldə edəcəm. Amma çox istərdim ki, burda işlərim alınsın. “Dinamo” böyük klubdu. Burda kim oynamaq istəməz ki? Mən də bu klubun üzvü olmağı arzulayıram.
 
- Yeni komandanızın oyun üslubu sizin üçün heç də alışıq sayıla bilməz...
- Bəli, fərqlər var. “Dinamo-2”-də ora-bura çox qaçmalı, mübarizə aparmalı olursan. “Neftçi”də isə mən topla daha çox davranırdım. Komanda yoldaşlarımla da bir-birimizi yaxşı başa düşürdük, yerlə oynayırdıq. Başa düşürəm ki, yeni klubumun oyun üslubuna uyğunlaşmaq lazımdı. Ümid edirəm ki, yeni komanda yoldaşlarımın da etimadını qazana biləcəm.
 
- “Dinamo”da keçirdiyiniz oyunları izlərkən belə nəticəyə gəldik ki, sizin əsas üstünlüyünüz sürət və texnikadı...
- Bəli, elədi. Mən çalışıram ki, komanda yoldaşımdan topu qəbul edən kimi, dərhal kimin hara açıldığına fikir verim. Rəqibdən daha erkən qərar qəbul etməyə çalışıram. Hücum etməyi çox sevirəm. Özüm də qapıya zərbə vurmağı xoşlayıram, ideal mövqedə olan komanda yoldaşıma ötürmə etməyi də.
 
- Sizin “Dinamo”dakı aqibətinizə nə vaxt aydınlıq gələcək?
- Hələlik, Andrey Qusinin necə qiymət verəcəyini gözləyirəm. Ayın 27-də isə baş məşqçi Oleq Bloxin də gələcək. Əgər hər şey alınsa, müqavilə imzalayacam. Alınmayacağı təqdirdə isə geri qaytaracaqlar.
 
- Azərbaycan yığmasında iki Ukrayna əsilli futbolçu çıxış edir – Levin və Çertoqanov...
- Tanıyıram. Onlarla dostam. Yaxşı oğlanlardı. Bizdə onlara hörmətlə yanaşırlar.
 
- Ukraynada sizin ona yaxın həmyerliniz çıxış edib...
- Kimləri nəzərdə tutursuz?
 
- Samir Əliyevlə Kamal Quliyev “Volın”da özlərini daha yaxşı göstərə bilmişdilər...
- Əlbəttə, onları tanıyıram. Samir Əliyevlə dostam. Mən də çalışacağam ki, “Dinamo”da qalsam, uğurlu çıxışımla yadda qalım.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.