26 yanvar 2013 11:41
Kamranla Raufun transferi Bakıya qayıtqıdan sonra rəsmiləşəcək
Futbol üzrə Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevlə hücumçu Rauf Əliyevin “Bakı”ya transferi hələ də tam rəsmiləşməyib. Azerisport.az xəbər verir ki, paytaxt klubu bu iki transferi Türkiyə toplanışını başa vurub Bakıya qayıtdıqdan sonra yoluna qoyacaq.
Bunu klubun vitse-prezidenti Zeynal Məmmədov da təsdiqləyib: “Danışıqlar zamanı onların klubları ilə müəyyən problemlərlə üzləşdik. Amma transferlər istənilən halda baş tutacaq. Sadəcə, onların rəsmiləşməsi üçün Bakıya qayıtmalarını gözləmək lazımdı. Əliyevlə Ağayev komandamızda çıxış edəcəklər. Buna əmin ola bilərsiz”.
Qeyd edək ki, Əliyevin “Qarabağ”la, Ağayevin isə “Xəzər Lənkəran”la müqaviləsi qalırdı. Amma görünür, tərəflər artıq bu məsələni yoluna qoyublar.
