26 yanvar 2013 12:14
Ruslan Abışov əməliyyat olunacaq
Azərbaycan milli komandasının yanvarın 29-dan fevralın 1-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək təlim-məşq toplanışı üçün açıqlanmış heyətində dəyişiklik baş verib. Azerisport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Məlumatda bildirilir ki, Ruslan Abışov cərrahiyə əməliyyatı keçirəcəyi üçün qeyd olunmuş toplanışda iştirak etməyəcək.
