26 yanvar 2013 19:00
AZAL üçün 24 dəqiqəlik oyun (YENİLƏNİB)
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan AZAL qardaş ölkədəki hazırlıq prosesi çərçivəsində bu gün üçüncü yoxlama görüşünə çıxıb. Azerisport.az xəbər verir ki, “təyyarəçilər” Bolqarıstanın “Etır” klubu ilə üz-üzə gəlib.
Qeyd edək ki, “Etır” bundan öncə Azərbaycanın digər klubu “Bakı” ilə üz-üzə gəlmiş və 1:1 hesablı heç-heçə etmişdi. AZAL-la qarşılaşma isə başa çatmayıb. Buna güclü küləyin əsməsi səbəb olub. Nəticədə, qarşılaşma 24-cü dəqiqədə dayandırılıb.
Xatırladaq ki, Vaqif Sadıqovun yetirmələri Antalyadakı ilk matçında Ukraynanın “Volın” klubuna 1:3 hesabıyla uduzmuşdular. Çinin “Dalyan” klubu ilə qarşılaşma isə 1:1 hesablı heç-heçə ilə başa çatmışdı.
Yoxlama oyunu
26 yanvar
AZAL- ETIR - 1:0 (oyun dayandırılıb)
Qol: Həsənov, 10 (1:0)
AZAL-ın start heyəti: Ağacanov, Nduka, Fransisko, Arsenyeviç, Tağıyev, Novruzov, Aylton, Həsənov, İbekoyi, Benuahi, Nildo.
