27 yanvar 2013 01:05

“5-6 il sonra millimizin yarısı bizim futbolçulardan ibarət olacaq”

“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov azerisport.az saytına müsahibəsində komandanın Türkiyə toplanışından danışıb.
 
- Komandanın hazırlıqları necə gedir?
- Hər şey yaxşıdı. Yoxlama oyunlarında bəzi yeni futbolçuları da sınayırıq. Bütövlükdə, uşaqlar yaxşı təsir bağışlayırlar. Rumıniyalı yeni futbolçu Pulhakı qeyd etmək istəyirəm. İlk baxışdan Emeqara da yaxşı təsir bağışlayır. Amma məşqçilər korpusu hələ kimlərin komandada qalacağına qərar verməyib. Yaxın günlərdə bütün bunlara tam aydınlıq gələcək.
 
- “Qəbələ” bu qış Kamran Ağayev və Rauf Əliyevi almaqda maraqlı olsa da, istəyiniz baş tutmadı...
- Azərbaycan yığmasında çıxış edən bu iki futbolçunu həqiqətən komandamızda görmək istəyirdik. Ağayevin keçidinə daha çox yaxın idik. Amma maliyyə məsələsində anlaşa bilmədik. Həm də o, bizimlə bir illik müqavilə bağlamaq istəyirdi. Biz isə iki illik müqavilə istəyirdik.
 
- Bəlkə, o, bölgə klubunda oynamaq istəmirdi?
- Yaxşı olardı ki, bunu özündən soruşasız.
 
- Çempionatın qalan dövründən nə gözləyirsiz?
- Mövsümün əvvəlində necə çıxış etmişiksə, bunun davamını. Təbii ki, ilk növbədə ən güclü altı klub arasında yer almaq istəyirik. Daha sonra isə avrokuboklara vəsiqə uğrunda mübarizə aparmalıyıq. Biz hələ heç vaxt Avropaya çıxmamışıq.
 
- Əgər avrokuboklara vəsiqə qazansaz, ev oyunlarını harda keçirmək fikrindəsiz?
- Tofiq Bəhramov adına Respublika stadionunda. Hazırda biz klub və akademiya üçün şəraiti daha da yaxşılaşdırmağa çalışırıq. Öz stadionumuz isə 2015-ci ildə hazır olacaq.
 
- Əgər komanda öz istəyinə çata bilsə, yayda “Qəbələ”dən transfer bombası gözləməyə dəyər?
- Birbaşa deyim ki, yox. Komandada balansı korlamaq istəmirik. Niyə kimisə digərlərindən fərqləndirməliyik? Avropa Liqasının qrup mərhələsində çıxış edə biləcək sabit komanda formalaşdırmaq istəyirik. “Neftçi”  buna nail olub. Amma ondan sonra heç bir klubumuzun yaxın 10 ildə belə bir uğuru təkrarlaya bilməyəcəyini iddia etməyə başlayıblar. Mən bununla razı deyiləm.
 
- “Qəbələ”nin akademiyasında işlər necə gedir?
- Hələ ki, normaldı.

- Akademiyanın bəhrəsini təxminən nə vaxt görə biləcəksiz?
- Mən ən böyük uğuru 15-16 yaşlı uşaqlarımızdan gözləyirəm. Onlar artıq xeyli müddətdi akademiyamızda təhsil alırlar. Ümid edirik ki, maksimum 5-6 il sonra yığmamızın yarısı həmin futbolçulardan ibarət olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.