26 yanvar 2013 13:44
Ruslan Abışov niyə əməliyyat olunacaq?
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışovun yığmadan uzaqlaşdırılmasının səbəblərinə aydınlıq gəlib. Azerisport.az xəbər verir ki, “Xəzər Lənkəran”a məxsus olsa da, Rusiya “Rubin”inə keçmək üzrə olan futbolçumuz əməliyyat olunacaq.
Buna onun nəfəs almaqda çətinlik çəkməsi səbəb göstərilir. Bu üzdən də onun burnundan əməliyyat olunmasına ehtiyac yaranıb. Əməliyyat Almaniyada həyata keçiriləcək. Yeddi gün sonra isə o, Kazan təmsilçisinin heyətində məşqlərə başlaya biləcək.
