26 yanvar 2013 14:01
Yığmamızın rəqibləri bəlli oldu
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Arif Əsədov Antalya toplanışı ilə bağlı hədəflərini və planlarını açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Bu gün futbolçular laktat-test verəcəklər. Onların durumunu yoxlamaq istəyirik. Bizə yeni futbolçular qoşulublar. Onları seleksiya xarakterli toplanışda da izləmişdik. Yoxlama oyunları keçirəcəyik. Bu oyunlarda əsas hədəfimiz komandanı formalaşdırmaqdı”.

Qeyd edək ki, U-19 Antalya toplanışı dövründə üç sınaq matçına çıxacaq. Yanvarın 29-da komandamız Rusiyanın “Anji” klubunun əvəzedici heyəti ilə qarşılaşacaq. Fevralın 1-də Ukraynanın “Şaxtyor” klubunun ikinci komandası ilə görüş nəzərdə tutulub. Fevralın 4-də isə İsveçrənin “Young Boys” klubunun ehtiyat komandası ilə qarşılaşma baş tutacaq.