27 yanvar 2013 01:23
Qəbələ Metallurqla qarşılaşacaq
Antalyada hazırlıqlarını davam etdirən "Qəbələ" bu gün qardaş ölkədə 3-cü yoxlama oyununu keçirəcək. Azerisport.az xəbər verir ki, Almaniyanın "İnqolsdatd" (3:4) və Ukraynanın "Volın" (2:1) klublarının ardından “qırmızı-qaralar” sonuncu ölkəni təmsil edən "Metallurq"la (Zaparojye) qarşılaşacaq.
Matç Bakı vaxtı ilə 16:00-da start götürəcək.
Əsası 1935-ci ildə qoyulan "Metallurq" Ukraynanın köklü klublarından hesab edilir. Komanda hazırda Ukrayna Premyer Liqasında mübarizə aparır.
