27 yanvar 2013 02:27

Xəzər Lənkəranın Timisoara ilə oyununda nələr baş verdi?

Üçüncü yoxlama oyununa çıxan "Xəzər Lənkəran"ın bugünkü rəqibi Rumıniyanın Timişoara klubu oldu. Azerisport.az xəbər verir ki, güclü leysan altında keçən qarşılaşmada komandamız 0:2 hesabı ilə məğlub oldu.
 
Baş məşqçi Karles Bakes meydana aşağıdakı heyəti buraxmışdı: Orxan Sadıqlı, Elnur Allahverdiyev, Vanderson Skarduelli, Manuel Skarlatake, Rahid Əmirquliyev, Roberto Alviz, Kamran Abdullazadə, Elnur Abdullayev, Adrian Pit, Sadio Tounkara və Gökhan Güleç.
 
Qeyd etmək lazımdı ki, matç ərzində rəqibini bütün parametrlərdə üstələyən komandanın sadəcə bəxti gətirmədi. “Ağ-yaşıllar” ilk hissədə ciddi təhlükə yarada bilməsə də, topa nəzarət tamamilə “Xəzər Lənkəran”ın tərəfində idi. İkinci hissədə isə Rumıniya təmsilçisinin müdafiə xətti üç epizodda qapıya gedən topu qapı xəttindən çıxardısa, bir epizodda da yeni transfer Marin Orsuliçin cərimə zərbəsindən endirdiyi zərbə qapı tirinə tuş gəldi. Bundan başqa Dimitrios Sialmas, Kazım Kazımlı və Elnur Cəfərovun yaratdıqları təhlükəli vəziyyətləri də qeyd etməyə dəyər. Bununla belə komanda israrla qol vurmaq istəyinin acısını çəkdi. Rəqib komanda cənubluları əks hücumda yaxalayaraq 2:0 hesabı ilə qalib gəlməyi bacardı.
 
Xatırladaq ki, yoxlama oyunun 46-cı dəqiqəsindən etibarən Marin Orsuliç və baxışda olan qapıçı Filip Lonçariç meydanda mübarizə apardılar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.