27 yanvar 2013 03:02

AÇ-2020 Avropanın müxtəlif ölkələrinin 13 şəhərində keçiriləcək

AÇ-2020 Avropanın müxtəlif ölkələrinin 13 şəhərində keçiriləcək. Azerisport.az xəbər verir ki, bununla yanaşı, yarımfinal və final oyunları eyni stadionda olacaq.
 
Avropa çempionatının hər hansı bir ölkədə və ya iki qonşu ölkədə (Polşa və Ukraynada olduğu kimi) keçirilməsindən imtina edilməsi ideyası UEFA-nın prezidenti Mişel Platiniyə məxsusdu. Artıq məlumdu ki, ingilislər turnirin üç əsas oyununun “Uembli”də keçirilməsini təklif ediblər. İngiltərə yığmasının meydanı bu hüquq uğrunda Roma, Berlin, Madrid, İstanbul və digər şəhərlərin stadionları ilə rəqabət aparacaq.
 
Platini İstanbul stadionunu dəstəkləyib. Lakin Türkiyə 2020-ci il Olimpiya Oyunlarının keçirilməsi hüququnu qazanarsa, onun bu arzusu reallaşmaya bilər.
 
Əgər “Uembli” ilə bağlı təklif qəbul edilməzsə, onda bu stadion qrup mərhələsi oyunlarının, həmçinin 1/8 və 1/4 final oyunlarına iddia edəcək. UEFA qrup oyunları və dörddə bir final mərhələsinin keçirilməsi üçün Avropanın ən azı 50 min tamaşaçı tutan 10 stadionunu seçəcək. Bundan başqa, futbol rəsmiləri daha sadə şəhərləri də cəlb etmək istəyirlər - 30 min tamaşaçı tutan daha iki meydan nəzərdən keçiriləcək.
 
Yarımfinal və final oyunlarının keçiriləcəyi stadion ən yüksək tələblərə cavab verməli və tutumu 70 min nəfərdən az olmamalıdı.
 
Hər ölkə yalnız bir meydan ilə təmsil oluna bilər. Buna görə də, UEFA finalın keçirilməsi üçün “Uembli”ni seçərsə, onda İngiltərə qrup mərhələsi oyunlarına həsrət qalacaq.
 
Beləliklə, AÇ-2020 Avropanın qrup mərhələsinin üç oyunundan və bir play-offdan 12 əsas “paketi” əldə edən 12 şəhərində keçiriləcək, 13-cü şəhərə isə yarımfinallardan və finaldan “eksklüziv paket” nəsib olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.