27 yanvar 2013 01:18
Sumqayı Rəvanla qarşılaşdı
Topaz Premyer Liqasının ikinci mərhələsinə hazırlaşan "Sumqayıt" “Bayıl Arena”da "Rəvan"la yoxlama oyununa çıxıb. Azerisport.az xəbər verir ki, maraqlı idman mübarizəsi şəraitində keçən görüş 1:1 hesablı bərabərliklə yekunlaşıb.
“Rəvan”ın baş məşqçi Ramil Əliyev yoxlama oyunu olduğundan yenə eksperimentlərindən qalmayıb. Fərqli taktikalardan və futbolçulardan yararlanan mütəxəssis bu dəfə hücümçunun arxasında Tofiq Mikayılovu sınayıb. 22 nömrəli futbolçu da məşqçinin etimadını doğruldaraq matçda hesabı açan futbolçu olub. Ancaq komanda hesabdakı üstünlüyünü sona qədər qoruya bilməyib və matç 1:1 hesabi ilə başa çatıb.
