27 yanvar 2013 01:34
Kəpəz hazırlıqlarını davam etdirir
Bakıda hazırlığını davam etdirən "Kəpəz" ötən gün bir dəfə məşq edib. Azerisport.az xəbər verir ki, komandanın səhər məşqi saat 11:00-da başlayıb.
Hazırlıq prosesi təxminən iki saata yaxın çəkib. Futbolçular müəyyən isinmə hərəkətlərindən sonra fiziki, taktiki və texniki çalışmalar üzərində işləyiblər. Məşq boyu komanda üzvləri yüksək əhval-ruhiyyədə olublar.
