27 yanvar 2013 00:54
Rəvan Sumqayıta divan tutdu (FOTOREPORTAJ)
"Rəvan”ın əvəzedicilərdən ibarət komandası növbəti yoxlama matçını keçirib. Azerisport.az xəbər verir ki, “aslanlar” "Sumqayıt”ın əvəzedicilərinə futbol dərsi keçib.
Belə ki, Elşad Quliyevin yetirmələri sumqayıtlıları 4:1 hesabıyla darmadağın edib. Bakılıların heyətində Anar Hüseynov (2 dəfə), Ceyhun Abdullayev və Orxan Orucov fərqlənib. “Sumqayıt”ın yeganə qolunu isə Emin Cəbrayılov vurub.
Qeyd edək ki, “Rəvan”ın əvəzediciləri növbəti yoldaşlıq oyununu yanvarın 29-da MOİK-ə qarşı keçirəcək. Fevralın 2-də isə "Neftçi”nin əvəzediciləri ilə matç nəzərdə tutulub.
