27 yanvar 2013 02:12
Kəpəzin növbəti rəqibi bəlli oldu
"Kəpəz" təlim-məşq toplanışı çərçivəsində bu gün növbəti görüşünü keçirəcək. Azerisport.az xəbər verir ki, Gəncə klubunun rəqibi "Neftçala" olacaq.
Birinci divizion təmsilçisi ilə görüş "Dalğa Arena"da reallaşacaq.
Məlumat üçün bildirək ki, bundan əvvəl "Kəpəz" aşağı liqada çıxış edən digər klub olan "Qaradağ Lökbatan"la qarşılaşıb. Həmin görüş bakılıların qələbəsi ilə nəticələnib - 1:3.
