27 yanvar 2013 03:17
Afrika Millətlər Kuboku: Fil Dişi Sahili və Toqodan inamlı qələbə
Futbol üzrə Afrika Millətlər Kuboku davam edir. Azerisport.az xəbər verir ki, qitə birinciliyinin səkkizinci oyun günündə D qrupu çərçivəsində növbəti iki oyun baş tutub.
Fil Dişi Sahili Tunis millisi ilə üz-üzə gəlib. Tərəflərin 90 dəqiqəlik mübarizəsindən birincilər 3 cavabsız qolla qalib ayrılıblar.
Günün digər oyununda isə Əlcəzair Toro ilə münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə isə toqolular iki cavabsız qola seviniblər.
Qeyd edək ki, doqquzuncu oyun günündə A qrupu çərçivəsində Kape Verde Anqola, Mərakeş Cənubi Afrika Respublikası ilə üz-üzə gələcək.
Afrika Millətlər Kuboku
D qrupu
26 yanvar
Fil Dişi Sahili – Tunis – 3:0
Qollar: Cervinyo, 21, Y.Ture, 88, D.K.Ya, 90.
Əlcəzair – Toqo – 0:2
Əlcəzair – Toqo – 0:2
Qollar: Adebayor, 32, Vome, 90.
