27 yanvar 2013 01:12
Simurq növbəti matçını Slaven Belupoya qarşı keçirəcək
Antalya toplanışı çərçivəsində "Tom"la (Rusiya) heç-heçə edən "Simurq" hazırlıqlara ara vermədən davam edir. Azerisport.az xəbər verir ki, ötən gün bir məşqlə kifayətlənən Zaqatala təmsilçisi uzun məsafəli qaçış və isinmə hərəkətlərindən sonra iki tərəfli futbol oynayıb.
Bundan sonra baş məşqçi Georgi Çixradze yetirmələrinə istirahət verib.
Bu gün üçün məşqçilər korpusu iki məşq nəzərdə tutub. Səhər hazırlığı Bakı vaxtı ilə saat 11:00-da, axşam məşqi isə 17:00-da baş tutacaq. Qeyd edək ki, "Simurq" Antalyada növbəti yoldaşlıq görüşünü yanvarın 28-də Xorvatiyanın "Slaven Belupo" klubu ilə keçirəcək.
