26 yanvar 2013 16:15

Ruslan Poladov: Biz artıq bunu sübut etmişik

“Simurq”un müdafiəçisi Ruslan Poladov azerisport.az saytına müsahibəsində Türkiyə toplanışından, eləcə də komandasının şanslarından danışıb.
 
- Komandanızın hazırkı durumu barədə nə deyə bilərsiz?
- Gördüyünüz kimi, yoldaşlıq oyunlarından fərqli heyətlərlə oynayırıq. Nəticə həmişə vacibdi. Amma indi bundan da vacib olan komandanın tam hazır vəziyyətə gətirilməsidi. Çalışırıq ki, futbolçular arasında anlaşma səviyyəsi daha da yaxşılaşsın. Baş məşqçi yeni futbolçuları da sınayır.
 
- Siz hücumameylli müdafiəçisiz. Daha çox müdafiə futboluna üstünlük verən “Simurq”da çıxış etmək çətin deyil ki?
- Deməzdim ki, biz müdafiə futbolu oynayırıq. Komandamızda yaxşı, sürətli və yaradıcı futbolçular var. Biz heç də əks-hücum futboluna üstünlük vermirik. Bizim oyun stilimiz kollektiv futboldu. Həm müdafiədə, həm də hücumda. Ona görə də mənə çətin deyil.
 
- “Simurq” bundan sonra da qışa qədər sərgilədiyi futbolu təkrarlaya biləcək?
- Məşqlərdə də elə bunun üçün çalışırıq. Ümid edirəm ki, komandamız tam komplektləşəndən sonra nəticələrimiz də yaxşı olacaq. Həm çempionatda, həm də kubokda iddiamızı davam etdiririk.
 
- Amma əksər mütəxəssislər “Simurq”un şanslarının az olduğunu düşünürlər...
- Bu, onların fikridi. Onlar ümumiyyətlə heç bizim ilk altılığa da düşəcəyimizə inanmırdılar. Ona görə də hərdən çoxları yanlış da düşünə bilər. Biz artıq bunu sübut etmişik.
 
- Tomislav Buşiçlə Çibamba Omari haqda fikirləriniz necədi?
- Onlar xoşuma gəlib. Amma ola bilər ki, baş məşqçi fərqli düşünsün. Əsas odu ki, komandaya kömək edə bilsinlər. Elə əcnəbi futbolçular var ki, Azərbaycan barədə heç nə bilmirlər. Heç xəritədə də görməyiblər. Gələndən, tanış olandan sonra isə fərqli mənzərə ilə üzləşirlər.
 
- Premyer Liqanın demək olar ki, bütün klubları hücumçu axtarırlar...
- Azərbaycanda yaxşı hücumçular olub. Amma indi görünür yeni forvardlara ehtiyac var. Məncə, klublarımızda çoxlu gənc hücumçular var. Sadəcə, onlar hazır futbolçular gətirmək istəyirlər. Halbuki, öz yetirmələrinə şans vermələrini daha düzgün hesab edirəm.
 
- Sizin dövrlə müqayisədə indi nə kimi fərqlər var?
- Yaxşı mənada fərqlərin olduğunu da deməliyəm. Bizim dövrdə fərqli idi. Gənclərə bir məsləhətim var ki, bütün fikirlərini bir kənara qoyub, özlərini tam futbola, məşqlərə həsr etsinlər. Hazırda demək olar ki, bütün klublar üçün yaxşı şərait yaradılıb. Hansı ki, bizim dövrdə bu baxımdan çətinliklər çox idi. Ona görə də, bu şəraitdən maksimum yararlanmaq lazımdı. Pul heç də hər şeyi həll etmir. Əgər potensialı olan futbolçu varsa, Avropaya can atmalıdı. Bunun üçün isə çoxlu çalışmağa ehtiyac var. Eyni zamanda həmin gənclərin özlərinə inamı, buna güclü arzuları olmalıdı. Məsələn, mənim qazancımı 500 minə də qaldırsalar, yenə belə çıxış edəcəm. Amma 19 yaşlı bir futbolçu öz üzərində daha çox işləyə, artıra bilər. Sevindirici haldı ki, artıq bəzi gənclər bunu düzgün başa düşməyə başlayıblar və pulu yox, karyeranı üstün tuturlar. Onlar başa düşürlər ki, özlərinə yaxşı karyera qurandan sonra, pul da gələcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.