27 yanvar 2013 19:04
Kəpəz 2013-cü ildə ilk qələbəsini qazandı
Bu gün "Kəpəz" növbəti yoxlama oyununa çıxıb. Azerisport.az xəbər verir ki, Gəncə klubunun rəqibi Neftçalanın eyniadlı klubu olub.
Görüş "Dalğa Arena"da reallaşıb. Qarşılıqlı hucumlar və gərgin idman mübarizəsi şəratində keçən oyunda bir qol vurulub. "Kəpəz"də baxışda olan futbolçulardan Elgiz Kərimli matçın sonlarına az qalmış komandasına son nəticədə qələbə gətirən qola imza atıb.
Qeyd edək ki, bu matç Nizami yurdunun təmsilçisinin yoxlama oyunları çərçivəsində sayca üçüncü görüşü olub. "Kəpəz" bundan əvvəlki oyunlarda aşağı liqada çıxış edən "Qaradağ Lökbatan" və "İnter"in əvəzedici heyəti ilə qarşılaşmışdı.
