27 yanvar 2013 19:41
Ramiz Məmmədov Metallurgla oyunu şərh etdi
“Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədov Türkiyə toplanışı çərçivəsində Ukraynanın “Metallurg” klubuna qarşı keçirdikləri yoxlama matçını şərh edib. Azerisport.az saytına müsahibəsində o, 1:1 hesablı heç-heçə ilə başa çatan görüşlə bağlı bunları dilə gətirib:
“Bu gün iki heyətlə oynadıq. Əvəzedici heyətdən dəvət etdiyimiz futbolçularımız xoşuma gəldilər. Sağ olsunlar. Nəticə bizim üçün önəmli deyildi. Əsas sərgilədiyimiz oyundu. Qarşıda daha üç oyunumuz var. Futbolçularımızın bir-birinə tam uyğunlaşmasını istəyirik”.