27 yanvar 2013 20:16
Andrey Qusin: Cavid İmamverdiyev Dinamonun əsas heyətində çıxış etməyə hazır deyil
Kiyev “Dinamo”sunun ikinci komandasının baş məşqçisi Andrey Qusin Ukrayna klubunun əsas heyətinə gedəcək futbolçuların adlarını açıqlayıb. Azerisport.az xəbər verir ki, onların arasında Azərbaycan yığmasının və “Neftçi”nin yarımmüdafiəçisi Cavid İmamverdiyevin adı yoxdu.
Halbuki o, bir neçə gün idi “Dinamo-2”-nin heyətində baxışda idi və əsas komanda Kiyevə döndükdən sonra onun taleyinə aydınlıq gəlməliydi. Lakin Qusin bildirib ki, İmamverdiyev hələ birinci komandanı gücləndirə bilməz. O, bu barədə məşqçilər korpusuna da məruzə edib.
