27 yanvar 2013 20:30
İmamverdiyev Dinamoda 3-cü oyununa çıxdı
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Cavid İmamverdiyev Ukraynanın “Dinamo” (Kiyev) klubunun ikinci komandasında növbəti oyununa çıxıb. Azerisport.az xəbər verir ki, həmyerlimiz Oleq Makarovun xatirəsinə həsr olunmuş turnirdə “Dinaz”a qarşı oyunun iştirakçısı olub.
Onun komandası isə rəqibini 2:0 hesabıyla məğlub edib. Nəticədə, “Dinamo-2” finala yüksəlib.
