27 yanvar 2013 23:38
Dodonun Türkiyədə 4700 dolları oğurlandı
“Qəbələ”nin düşərgəsində oğurluq hadisəsi qeydə alınıb. Azerisport.az xəbər verir ki, bölgə təmsilçisinin legioner yarımmüdafiəçisi Dodonun pulu oğurlanıb.
Hadisə “Qəbələ”nin təlim-məşq toplanışında olduğu Antalyada – komandanın məskunlaşdığı oteldə baş verib. Dodonun 4700 dolları oğurlanıb. Hadisə futbolçunun komandası ilə birgə yoxlama matçında olduğu vaxt qeydə alınıb.
Hazırda otelin təhlükəsizlik işçiləri hadisənin araşdırılması ilə məşğuldu.
