28 yanvar 2013 00:38
İnter məşqləri bərpa etdi (FOTOREPORTAJ)
"İnter"in Türkiyədəki təlim-məşq toplanışı davam edir. Azerisport.az xəbər verir ki, yanvarın 25-də keçirilmiş yoxlama matçından sonra Kaxaber Tsxadadze yetirmələrinə bir günlük istirahət vermişdi.
Ötən gün məşq prosesi yenidən start götürdü. Səhər saatlarında nəzəri məşğələ başlayıb. Axşam isə komanda meydançada baş məşqçinin tapşırıqlarını yerinə yetirib. Məşq prosesi qapılara zərbə endirməklə başa çatıb.
Xatırladaq ki, "İnter" növbəti yoxlama matçını yanvarın 30-da keçirməyi planlaşdırır. “Bankirlər” bu dəfə Qazaxıstanın "Ordabası" komandasıyla qarşılaşacaq.
