27 yanvar 2013 11:47

Gökhan Güleç: XL yaxşı təklif ünvanladığından, imtina edə bilmədim

“Xəzər Lənkəran”ın yeni transferi, türkiyəli hücumçu Gökhan Güleç Rumıniyanın “Timisioara” klubuna qarşı keçirdikləri yoxlama matçından (0:2) sonra azerisport.az saytının suallarını cavablandırıb.
 
- Son oyunla bağlı nə deyə bilərsiz?
- Düzdü, biz yenə uduzduq. Amma bu, yoxlama matçlarında o qədər də önəmli deyil. Biz mövsümün ikinci hissəsinə hazırlaşırıq. Əsas nəticəni orda qazanmaq lazımdı. Toplanış yaxşı keçir. Artıq komandaya uyğunlaşıram. Ümid edirəm ki, pley-offa çıxa biləcəyik və həm çempionatda, həm də kubokda uğur qazanacağıq.
 
- Niyə məhz Azərbaycanı seçdiniz?
- Mənə yaxşı təklif ünvanladılar. Mən də bundan imtina etmək istəmədim.
 
- Amma Türkiyədə futbolun inkişafı daha yüksəkdi...
- Maliyyə şərtləri yaxşıdı. Türkiyədə hazırda böhran var. Ona görə də Azərbaycanda oynamaq daha yaxşıdı. Lakin digər tərəfdən siz düz qeyd edirsiz. Premyer Liqada futbolun səviyyəsi bir qədər aşağıdı. Məsələn, Azərbaycan çempionatında oynadıqdan sonra Türkiyəyə qayıtmaq çox çətindi. Biz bunu Devran Ayhanla Əli Cansunun timsalında görmüşük. Çünki onlar da Azərbaycana gələndən sonra Türkiyədə oynaya bilmədilər.
 
- Siz də eyni aqibəti yaşamaqdan qorxmursuz?
- Biz Azərbaycana gəlməklə diqqət mərkəzində ola bilmirik. Amma eybi yox. Mən bunun da öhdəsindən gələrəm.
 
- Bəlkə karyeranızı burda bitirəcəksiz...
- Pis olmazdı. Əgər Azərbaycanca üç il yarım çıxış edə bilsəm, onda hərbi xidmətdən də azad olunmuş olacam.
 
- Toplanış zamanı rəqibləriniz haqda məlumat toplamağa çalışırsız?
- Bəzi məlumatlar alıram. Qarşıdakı dörd oyunumuzdan üçün doğma meydanda baş tutacaq. Eşitmişəm ki, lənkəranlı azarkeşlər komandalarını çox yaxşı dəstəkləyirlər. Əgər biz qarşıdakı oyunları qalib başa vursaq, ilk altılığa vəsiqə qazanacağıq.
 
- Bu, sizdən də az asılı deyil...
- Bilirəm ki, qol vurmağım lazımdı. Prinsipcə, mən özümü buna hazırlayıram. Mənim yeni komanda yoldaşlarımla əla münasibətim var. Hərdən mənimlə zarafatlaşırlar, hərdən nəyisə başa düşmürəm (gülür).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.