27 yanvar 2013 12:04
Bakı rumıniyalı futbolçu ilə müqavilə bağlayır (FOTO)
“Bakı” rumıniyalı müdafiəçi Mariuş Pena ilə müqavilə bağlamağa yaxındı. Azerisport.az xəbər verir ki, bu barədə Rumıniya mətbuatı məlumat yayıb.
Qeyd edək ki, Pena xeyli müddətdi “zolaqlılar”ın düşərgəsində baxışdadı. Tərəflər arasındakı danışıqlar da müsbət nəticələnib. Ona görə də yaxın günlərdə müqavilənin imzalanması gözlənilir.
Onu da bildirək ki, 27 yaşlı futbolçunun son iş yeri “Otelul” olub.
