27 yanvar 2013 12:16
Xəzər Lənkəranı məğlub edən komanda Neftçiyə rəqib oldu
Azərbaycan çempionu “Neftçi”nin Türkiyə toplanışı çərçivəsindəki növbəti rəqibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, paytaxt klubu Rumıniya təmsilçisi “Timisioara” ilə qarşılaşacaq.
Bu barədə Rumıniya mətbuatı məlumat yayıb. Qarşılaşma yanvarın 31-də keçiriləcək.
Qeyd edək ki, “Timisioara” artıq Azərbaycanın bir klubu ilə üz-üzə gəlib. “Xəzər Lənkəran”la qarşılaşan bu komanda 2:0 hesablı qələbə qazanmışdı.
