27 yanvar 2013 23:30
Neftçi Rusiya klubuna böyük hesabla uduzdu (YENİLƏNİB)
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Neftçi” qardaş ölkədəki hazırlıq prosesi çərçivəsində bu gün dördüncü yoxlama görüşünə çıxıb. Azerisport.az xəbər verir ki, “ağ-qaralar” Rusiyanın “Amkar” klubu ilə üz-üzə gəlib.
Qarşılaşma "ağ-qaralar" üçün çox uğursuz alınıb. Belə ki, paytaxt təmsilçisi dörd cavabsız qolla məğlub olub.
Xatırladaq ki, “Neftçi” Antalyadakı ilk matçında Rusiyanın “Rotor” klubunu 1:0 hesabı ilə məğlub etmişdi. Qazaxıstanın “Aktobe” klubu ilə görüşdə isə 3:2, Makedoniya “Turnovo”su ilə oyunda isə 2:1 hesablı qələbə qeydə alınmışdı.
Yoxlama oyunu
27 yanvar
NEFTÇİ – AMKAR - 0:4
