28 yanvar 2013 01:09

Simurq Slaven Belupo ilə oyuna hazırdı (FOTOREPORTAJ)

Antalyanın Bələk bölgəsində təlim-məşq toplanışında olan “Simurq” ötən gün iki məşqə çıxıb. Azerisport.az xəbər verir ki, səhər hazırlığında Georgi Çixradzenin yetirmələri əsasən taktiki tapşırıqlar üzərində çalışıblar.
 
İsinmə hərəkətlərindən sonra qısa ötürmələrə keçilib. Daha sonra isə mövqelərinə görə qruplara bölünən futbolçular kollektiv hücum və müdafiə üzərində məşq edib. Hazırlığın sonunda isə standart vəziyyətlərdən qapıya zərbələr üzrə məşqçilər korpusunun tapşırıqları yerinə yetirilib. 
 
Axşam məşqində "Simurq" uzun məsafəyə qaçış və isinmə hərəkətlərindən sonra, qruplara bölünərək "kvadrat" oynayıb. Sonda isə qapıya zərbələr və penaltilər üzərində çalışılıb.
 
Qapıçılar David Pterkeviç və Dmitri Kramarenko qapıçılarla işləyən məşqçi Emil Babayevin rəhbərliyi altında komandadan ayrı, xüsusi məşq edib. Gənc əlcək ustamız Eyyub Əliyev isə 19 yaşdan ibarət Azərbaycan yığmasının düşərgəsinə qoşulduğundan hazırlıqlarda iştirak etməyib.
 
Qeyd edək ki, Zaqatala təmsilçisi bu gün Bakı vaxtı ilə 17:00-da Antalya hazırlığı çərçivəsində növbəti yoxlama görüşünə çıxacaq. Komandanın rəqibi Xorvatiyanın məhşur "Slaven Belupo" klubu olacaq. 1907-ci ildə qurulun bu komanda son illərdə Avropa Kuboklarında boy göstərən Xorvatiya təmsilçisidir. Bu mövsüm "Slaven Belupo" Avropa Liqasınının 3-cü mərhələsində "Atletiko Bilbao"nu evində 2:1 hesabı ilə məğlub etsə də, səfərdə 3:1 uduzması onların tur adlamasına mane oldu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.