28 yanvar 2013 01:17
Amit Quluzadə yığmamızdan ayrılıb, Qəbələnin düşərgəsinə döndü
Futbol üzrə Azərbaycanın gənclərdən ibarət yığmasının üzvü Amit Quluzadə millimizin düşərgəsini tərk edib. Azerisport.az xəbər verir ki, o, yığmanın heyətində cəmi üç gün keçirib.
Baş məşqçi Bernard Lippert onu baxışda olduğu “Qəbələ”nin düşərgəsinə yola salıb. Qeyd edək ki, mövsümün əvvəlində “Rəvan”da çıxış edən futbolçu hazırda klubsuzdu. O, bir müddət əvvəl “Qəbələ”nin düşərgəsinə qoşulsa da, hələ özünü tam göstərə bilməyib və klub rəhbərliyi onu heyətdə saxlamaq haqda qərar qəbul etməyib. Lippert də məhz bunu nəzərə alaraq, Quluzadəyə belə bir güzəşt edib. Amit “Qəbələ”nin növbəti məşqlərində və oyunlarında çıxış etməklə, komandada qalmağa çalışacaq.
