28 yanvar 2013 01:52
Cavid Hüseynov və komandası qələbəyə sevindi (YENİLƏNİB)
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Cavid Hüseynovun çıxış etdiyi “Adana Demirspor” klubu Türkiyə PTT Birinci Liqasında növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, Adana təmsilçisi ölkə çempionatının 19-cu turu çərçivəsində “Rizespor” ilə qarşılaşıb.
Qeyd edək ki, bu qarşılaşma rəqib meydanında keçirilirdi. Bu üzdən də Adana təmsilçisi görüşdən ən azı bir xalla ayrılmağı hədəfləmişdi. Amma daha inamlı çıxış edən adanalılar turu qələbə ilə başa vurublar.
Cavidin də bu oyunda iştirakı istisna deyildi. Lakin o, yalnız 89-cu dəqiqədə meydana çıxıb.
“Adana Demirspor” hazırda 30 xalla 18 komanda arasında 4-cü yerdədi.
Türkiyə PTT birinci liqası
19-cu tur
27 yanvar
Rizespor - Adana Demirspor - 1:2
