27 yanvar 2013 21:40
Cihan Özkarasız Sivasspor məğlub oldu (YENİLƏNİB)
Bu gün futbol üzrə Türkiyə Super Liqasında 19-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, millimizin hücumçusu Cihan Özkaranın şərəfini qoruduğu “Sivasspor” səfərdə “Mersin İdmanyurdu”nun qonağı olub.
Qarşılaşma sivaslılar üçün uğursuz alınıb. Belə ki, meydan sahibləri 3 cavabsız qolla qalib gəliblər.
Bu görüşdə Özkaranın meydana çıxıb-çıxmayacağı maraqla gözlənilirdi. Lakin millimizin futbolçusunun adı matçın iştirak ərizəsinə salınmayıb.
Qeyd edək ki, “Sivasspor” 23 xalla 12-ci yerdə gedir.
Türkiyə Super Liqası
19-cu tur
27 yanvar
Mersin İdmanyurdu – Sivasspor - 3:0
